...

Azərbaycan paytaxtında partlayış baş vermiş Əbu Bəkr məscidinin dini icması fəaliyyətini müvəqqəti dayandırıb

Cəmiyyət Materials 11 Sentyabr 2008 14:25 (UTC +04:00)
Azərbaycan paytaxtında partlayış baş vermiş Əbu Bəkr məscidinin dini icması fəaliyyətini müvəqqəti dayandırıb

Azərbaycan, Bakı, 11 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan paytaxtında partlayış baş vermiş Əbu Bəkr məscidinin dini icması fəaliyyətini müvəqqəti dayandırıb.

"İcmanın fəaliyyətinin müvəqqəti dayandırılması Əbu Bəkr məscidinin bağlı olması ilə əlaqədardır", cümə axşamı Trend -a "Nərimanov rayon dindarları dini icması"nın rəhbəri, məscidin imamı Hacı Qamət Süleymanov bildirib.

Trend -un arayışı: Bu il avqust ayının 17-də saat 20:50 radələrində Bakı şəhəri Ülvi Bünyadzadə küçəsində yerləşən Əbu Bəkr məscidinə naməlum şəxs tərəfindən atılmış əl qumbarasının partlaması nəticəsində iki nəfər hadisə yerində ölüb, 18 nəfərin sağlamlığına müxtəlif dərəcəli zərər yetirilib.

Hacı Qamət deyib ki, məscidin bağlı olması baş verən terrorla əlaqədər aparılan istintaqla bağlıdır.

"Ümid edirik ki, yaxın vaxtlarda istintaq başa çatacaq və məscidin fəaliyyəti bərpa olunacaq. Əbu Bəkrin həmişəlik bağlanması mümkün deyil. Məscid açılan kimi icmamız da fəaliyyətini bərpa edəcək", - deyə Hacı Qamət əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti