...

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktrisası Fransada uğurlu çıxış edib

Cəmiyyət Materials 11 Sentyabr 2008 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend Life, müxbir E.Hüseynzadə/ Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktrisası İnarə Babayeva hazırda Fransanın Tuluza şəhərində keçirilən vokalçıların 47-ci beynəlxalq müsabiqəsinin yarımfinalına çıxıb. Trend Life-a teatrın mətbuat xidmətindən verilən məlumata görə, bu, artıq uğurdur, çünki bu sanballı müsabiqədə əksər ölkələrdən vokalçılar iştirak edir. Müsabiqənin proqramında iştirakçılar klassik ariya, romans, kantata və oratoriya ifa etməlidirlər. Müsabiqədə Babayevanı konsertmeyster Emin Həsənov müşayiət edir. Müsabiqə məşhur Kapitoli teatrında keçirilir. Babayevaya növbəti uğurlar arzulayırıq və onu Bakıda qələbə ilə gözləyirik.

Gənc ifaçı Babayeva Musiqili Komediya Teatrında bir neçə yaddaqalan rol ifa edib. Onların arasında "Məşədi İbad"da (Ü.Hacıbəyov) Gülnaz, "Baydera"da (İmre Kalman) Odetta Darimond, "Qəzəbli qasqonçu"da (Q.Qarayev) Rəqsanə rollarını qeyd etmək olar.

Xəbər lenti

Xəbər lenti