...

Azərbaycanda meyiti tapılan Britaniya vətəndaşının ölümünün səbəblərini müəyyənləşdirmək üçün ekspertiza keçirilir

Cəmiyyət Materials 12 Sentyabr 2008 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr / Trend , K.Zərbalıyeva/  Azərbaycanda sentyabrın 9-da meyiti tapılan Böyük Britaniya vətəndaşının ölümünün səbəblərini müəyyənləşdirmək üçün məhkəmə tibb ekspertizası təyin olunub.

Sentyabrın 9-da, səhər saat 7 radələrində Tolstoy küçəsi, dalan 9, ev 2 ünvanında Böyük Britaniya krallığının İrlandiya respublikasının vətəndaşı, 31 yaşlı Cameron Qavin Vilyamın meyiti aşkarlanıb.

Bakının Nəsimi rayon prokuroru Aqşin Ziyadov cümə axşamı Trend -a bildirib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Prokuror bildirib ki, Britaniya vətəndaşı "MAEPSK Contrakt" şirkəti ilə müqavilə əsasında 4 nəfər digər britaniyalı vətəndaşlarla Azərbaycana gəlib. Azərbaycana gəldiyi günün axşamı digər yoldaşları ilə birgə bir neçə kafe və barda olub, spirtli içkilər qəbul edib.

Səhəri gün isə Vilyamın meyiti yuxarıda qeyd olunan ünvünda pilləkənin məhəccərindən asılmış vəziyyətdə aşkarlanıb.

Ziyadovun sözlərinə görə, bu, mərhumun Azərbaycana ilk səfəridir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti