...

Paralimpiadada iştirak edən Azərbaycan atleti qızıl medal qazanıb

Cəmiyyət Materials 16 Sentyabr 2008 11:06 (UTC +04:00)
Paralimpiadada iştirak edən Azərbaycan atleti qızıl medal qazanıb

Azərbaycan, Bakı, 16 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanlı atlet Oloxan Musayev Çinin Pekin şəhərində keçirilən Paralimpiadada qızıl medal qazanıb. Bu, Paralimpiadada Azərbaycanın hesabına yazılan ikinci qızıl medal olub.

Musayevin uğurlu çıxışından sonra Azərbaycan yığmasının Paralimpiadada qazandığı medalların sayı doqquza çatıb. Bu medallardan ikisi qızıl, üçü gümüş, dördü isə bürüncdür.

Azərbaycan idmançıları Pekində yalnız iki idman növü üzrə - cüdo və atletikada medal qazanıblar. Medallardan beşi atletlərin, dördü isə cüdoçuların hesabına yazılıb.

Musayevin Paralimpiada çempionu olmasından sonra Azərbaycan medal qazanan ölkələr arasında 36-cı yerdədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti