Azərbaycan, , Bakı, 25 sentyabr / Trend , K.Zərbalıyeva/ Azərbaycan məhkəməsi atasını öldürən Sumqayıt şəhər sakininin dəlixanaya göndərilməsi barədə qərar qəbul edib.
Cümə axşamı Aşır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə bu ilin aprelində atasını qətlə yetirən Arif Həsənovun məhkəməsi yekunlaşıb.
Ruhi xəstə olan oğul atası İsa Hüseynovu həyətdəki meyvə ağacından meyvə yığdığı üçün bıçaqla öldürüb.
Məhkəmə Hüseynovun qətli anlaqsız vəziyyətdə törətdiyini əsas gətirərək onun məcburi müalicəyə göndərilməsi barədə qərar qəbul edib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]