Azərbaycan, Bakı, 02 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın 17 yaşlı futbolçulardan ibarət yığma komandasının (U-17) iki üzvü Almaniyanın "Ayntraxt" klubunun bazasında təlim-məşq toplanışında iştirak edəcək. Bu barədə Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.
AFFA ilə "Ayntraxt" klubu arasında bu ilin oktyabr ayında qarşılıqlı əməkdaşlığa dair müqavilə bağlanması nəzərdə tutulub. Bu məsələ bir müddət əvvəl AFFA-nın baş katibi Elxan Məmmədovla "Ayntraxt"ın prezidenti Peter Fişerin Bakıda keçirilən görüşdə razılaşdırılıb.
Azərbaycan yığmasının iki üzvü "Ayntraxt" klubunun 17 yaşlılardan ibarət komandasının tərkibində təlim-məşq toplanışında iştirak edəcək.
Azərbaycanlı futbolçuların toplanış müddətində bütün xərcləri Almaniya klubu tərəfindən ödəniləcək.
U-17-nin baş məşqçisi almaniyalı Bernard Lippertdr.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]