...

Finlandiyanın ən məşhur futbolçusu Azərbaycanla görüşdə iştirak etməyəcək

Cəmiyyət Materials 3 Oktyabr 2008 11:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 oktyabr / Trend , müxbir R.Ergün/ 2010-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2010) seçmə mərhələsində Azərbaycan yığma komandasının rəqibi olan Finlandiya millisinin heyəti açıqlanıb.

Finlandiya yığmasının düşərgəsinə bir çox tanınmış futbolçular dəvət alsalar da, daha məşhur olan Yari Litmanen Azərbaycanla görüşdə iştirak etməyəcək. Son illərdə Finlandiya futbolunun rəmzinə çevrilən veteran futbolçu DÇ-2010-nun seçmə oyununa dəvət almayıb.

Finlandiya - Azərbaycan qarşılaşması oktyabrın 11-də Helsinki şəhərində keçiriləcək.

Azərbaycan yığma komandasının baş məşqçisi almaniyalı Berti Foqtsdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti