...

Azərbaycanda 198 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan olunmuş sənəd qəbulu yekunlaşıb

Cəmiyyət Materials 6 Oktyabr 2008 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr /Trend News, müxbir K.Zərbalıyeva/ Azərbaycanda 198 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan olunmuş sənəd qəbulu yekunlaşıb.

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan bazar ertəsi Trend -a verilən məlumata görə, işə qəbulla bağlı keçiriləcək müsahibədə iştirak etmək üçün ən çox namizəd Mədəniyyət və Turizm Nazirliyi (3 vakant yerə qarşı 7 namizəd), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (8 vakant yerə qarşı 13 namizəd) və İqtisadi İnkişaf Nazirliyi (18 vakant yerə qarşı 20 namizəd) üzrə qeydə alınıb.

Bu dövlət orqanları üzrə bir vakant yerə sənəd verən namizədlərin sayı müvafiq olaraq 233, 163 və 111 olub.

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən müsahibə sentyabrın 11-də elan edilib. Bu müddət ərzində Komissiyada 106 namizəd qeydə alınıb. Onlardan 17-si qadın, 89-u isə kişidir.

14 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarını əhatə edən bu vəzifələrdən 69,19 faizi üç dövlət orqanı üzrədir. Belə ki, müsahibədə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi 70, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi38, Dövlət Sosial Müdafiə Fondu isə 29 vakant vəzifə ilə iştirak ediblər.

Müsahibədə bir vakant vəzifə ilə iştirak edən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə Dövlət Dəniz Administrasiyası üzrə heç bir namizəd qeydə alınmayıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti