...

Özbəkistanda yaşayan azərbaycanlılar hakim partiyanın namizədini dəstəkləyəcəklərini bildiriblər

Cəmiyyət Materials 7 Oktyabr 2008 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 oktyabr / Trend , müxbir A.Hüseynbala/ Özbəkistandakı Azərbaycan diasporu, bu ölkədə yaşayan, işləyən və təhsil alan soydaşlarımız prezident seçkisində hakim partiyanın namizədi, indiki dövlət rəhbəri İlham Əliyevin namizədliyini dəstəkləyirlər.

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla Iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, Özbəkistandakı soydaşlarımız prezident İlham Əliyevin 5 il ərzində apardığı daxili və xarici siyasətə tam inandıqlarından, bu qərara gəliblər.

Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının iclasında diasporumuzun nümayəndələri Azərbaycandakı siyasi sabitlik, iqtisadi, sosial, mədəni inkişafla bağlı fikirlərini bölüşüblər.

"Tədbirdə İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 5 il ərzində diaspor quruculuğunun daha yüksək səviyyəyə qaldırılması, xarici dövlətlərdə yaşayan azərbaycanlırın təşkilatlanması mərhələsinin başa çatması və onların yaşadıqları ölkələrin ictimai, siyasi, mədəni həyatında fəallıq göstərmələri sahəsində verdiyi tövsiyələr və göstərdiyi qayğı xüsusi vurğulanıb", - məlumatda bildirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti