...

Azərbaycanda "ekstazi" qaçaqmalçılığında günahlandırılan yüksək vəzifə tutmuş şəxslərin övladlarından ibarət mütəşəkkil dəstənin üzvlərinin məhkəməsi başlayıb

Cəmiyyət Materials 9 Oktyabr 2008 12:40 (UTC +04:00)
Azərbaycanda "ekstazi" qaçaqmalçılığında günahlandırılan yüksək vəzifə tutmuş şəxslərin övladlarından ibarət mütəşəkkil dəstənin üzvlərinin məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 09 oktyabr /Trend News, müxbir K.Zərbalıyeva/ Azərbaycanda narkotiklərin qaçaqmalçılığında ittiham olunan yüksək vəzifə tutmuş şəxslərin övladlarından ibarət mütəşəkkil dəstənin üzvlərinin məhkəməsi başlayıb.

Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamov və Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun övladları Mahir Mirsalamov və Yalçın Həsənov və daha 11 nəfərin cinayət işi üzrə məhkəmənin cümə axşamı keçirilən hazırlıq iclasında vəkillər işlə tanış olmaq üçün məhkəmədən vaxt istəyiblər.

Dövlət ittihamçısı vəkillərin cinayət işinin materialları ilə tanışlığı üçün şərait yaradılmasını vacib sayıb və vəkillərin vəsatətinin təmin olunmasını məhkəmədən xahiş edib.

Orxan Nadirov, Mahir Mirsalamlı, Yalçın Həsənov, Elşən Rüstəmov, Əli İsmayılov, Zubiyə Qulami, Vüqar Əliyev, Cavidan Əliyev, Ramin Həsənov, Kamilə Eyvazova, Elşən Budaqov, Həsən Həsənov, Mirəli Əliyev Cinayət Məcəlləsinin qaçaqmalçılıq (206-cı), satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama (234.1-ci ) və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.1-ci) maddələri ilə ittiham olunurlar.

Məhkəmə vəsatəti təmin edərək hazırlıq iclasının oktyabrın 22-də davam etdirilməsi barədə qərar qəbul edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti