Azərbaycan, Bakı, 11 oktyabr / Trend , müxbir Eldar Hüseynzadə/ Azərbaycan Musiqili Komediya Teatrının gənc solistləri Ramil Qasımov və İnarə Babayeva Sverdlovsk vilayətinin Musiqili Komediya Teatrının 75 illiyində çıxış edəcəklər.
Trend Life - ın verdiyi xəbərə görə, oktyabrın sonunda MDB və Avropa ölkələrinin musiqili teatr ulduzlarının iştirakı ilə qala - konsert keçiriləcək. Solistlərimiz ariya ifa edəcək və Üzeyir Hacıbəyovun " Arşın mal alan " və " O olmasın, bu olsun " musiqili komediyalarından duetlər oxuyacaqlar.
Oktyabrın 24 - dən 30 - dək Musiqili Komediya Teatrının rəhbərliyi, bu yaxınlarda Azərbaycanın da daxil olduğu Rusiya, MDB ölkələri və Avropanın Musiqili Teatr Assosiasiyasının konqresində iştirak edəcək. Konqresdə müzakirə olunacaq məsələlərdən biri operetta janrının inkişafı olacaq. Bu təşkilata Rusiya, Belarus, Qazaxıstan və Ukrayna da daxildir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]