Azərbaycan, Bakı, 17 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın Peşəkar Futbol Liqası (PFL) "Olimpik" klubunun Premyer -Liqada keçirəcəyi növbəti oyunun vaxtının dəyişdirilməsi ilə bağlı xahişini rədd edib. Bu barədə Trend - a PFL-in mətbuat xidməti məlumat verib.
"Olimpik" klubunun rəhbərliyi PFL-ə müraciətdə "Qəbələ" ilə oyunda bir çox futbolçularının müxtəlif səbəblərdən tam gücü ilə iştirak edə bilməyəcəklərini bildirib.
PFL rəhbərliyi "Olimpik"in xahişini əsassız sayıb və "Olimpik" - "Qəbələ" görüşünün əvvəlcədən müəyyənləşdirilən tarixdə - oktyabrın 18 - də keçirilməsi qərarını dəyişməyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]