...

Azərbaycanlı şahmatçının çıxış etdiyi klub Avropa kubokunda qələbə qazanıb

Cəmiyyət Materials 22 Oktyabr 2008 11:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanlı şahmatçı Teymur Rəcəbovun çıxış etdiyi Rusiyanın "Ural" klubu Yunanıstanda keçirilən klublararası Avropa kubokunda növbəti qələbəsini qazanıb.

Avropa kubokunun 5-ci turunda Xorvatiyanın "Zaqreb" klubu ilə görüşən "Ural" 4,5:1,5 hesabı ilə qələbə qazanıb. Komandasının birinci lövhəsində mübarizə aparan Rəcəbov rəqibini məğlub etməklə, "Ural"ın qələbə qazanmasında böyük rol oynayıb.

İsrailin "Aşdod" klubunun heyətində çıxış edən digər azərbaycanlı qrorssmeysterin - Vüqar Həşimovun isə həm özü, həm də komandası son turda heç-heçə edib. "Aşdod"un Rusiyanı təmsil edən "Ekonomist"lə görüşü 3:3 hesabı ilə nəticələnib.

Şahmat üzrə klublararası Avropa kuboku sabah başa çatacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti