...

Kayak və kanoe üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub

Cəmiyyət Materials 23 Oktyabr 2008 11:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın kayak və kanoe üzrə yığma komandasına yeni baş məşqçi təyin olunub. Bu barədə Trend -a Azərbaycan Milli Avarçəkmə Federasiyasnın (AMAF) mətbuat xidməti məlumat verib.

AMAF rəhbərliyi kayak və kanoe üzrə yığma komandanın baş məşqçisi kimi Ukraynadan olan Aleksandr Kolıbelnikovla 6 ay müddətinə müqavilə bağlayıb. Azərbaycan yığmasında uğurlu fəaliyyət göstərəcəyi halda, Kolıbelnikovla müqavilənin müddəti daha 6 ay artırılacaq.

Yığma komandanın keçmiş baş məşqçisi olan Vasili Kovbanoski isə Kolıbelnikovun köməkçisi kimi fəaliyyət göstərəcək.

Kolıbelnikov Azərbaycan komandasından öncə Polşa yığmasının baş məşqçisi vəzifəsində işləyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti