Azərbaycan, Bakı, 24 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın iki şahmatçısı Rusiyada keçirilən, "Qubernator kuboku" adlanan turnirdə uğurlu çıxış edib. Bu barədə Trend -a Azərbaycan Şahmat Federasiyasından məlumat veriblər.
Azərbaycanı "Qubernator kuboku"nda iki şahmatçı - Rauf Məmmədov və Qədir Hüseynov təmsil edib. Hər iki şahmatçı mümkün 9 xaldan 6-nı toplayaraq, 2-7-ci yerləri bölüşüb. Əmsallar cədvəlinə görə isə Məmmədov 2-ci, Hüseynov 3-cü yeri tutub.
37 şahmatçının iştirak etdiyi turnir İsveçrə sistemi üzrə keçirilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]