...

Müslüm  Maqomayevin vəfatı Qazaxıstan və Qırğızıstanda da ürəkağrısı ilə qarşılanıb

Cəmiyyət Materials 29 Oktyabr 2008 03:10 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 29 oktyabr / Trend müxbir R.Məşədihəsənli/ Dünya şöhrətli Azərbaycan sənətçisi Müslüm Maqomayevin ölüm xəbəri Qazaxıstan və Qırğızıstanda da ürəkağrısı ilə qarşılanıb.

Mərkəzi iqamətgahı Bişkekdə yerləşən türkdilli xalqların ortaq fondu olan "TÜRKEL"-in ofisinə məşhur şəxslər, səhnə xadimləri, diaspor başçıları müraciət edərək M.Maqomayevin vəfatından kədərləndiklərini bildirir, onun ailəsinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı veriblər.

Qazaxıstanın xalq artisti Roza Rımbayeva deyib ki, hələ gənclik illərində böyük həsrət və həvəslə Maqomayevin konsertlərini izlər, qəzet və jurnallardan onun foto-şəkillərini kəsib bir pərəstişkarı kimi albom yaradardıq. Onun itkisi çox ağırdır. Bu gün də, sabah da Maqomayevin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

Qırğızıstanın xalq və Qazaxıstanın əməkdar artisti Salamat Sadıqova bildirib ki, M.Maqomayevin vəfatı xəbəri onu bir sənət adamı kimi çox sarsıdıb. Sadıqova deyib: "Bu gün İtaliyaya solo konsertə yola düşürəm,  dahi müğənninin ruhunu onun vaxtilə təhsil aldığı ölkədə yad edəcəyik. Həmişə pərəstişkarı olduğum Maqomayevə Allahda rəhmət diləyirəm".

Qazaxıstandakı Ahiska Türkləri Dərnəyi və Ümumdünya Ahıska Türkləri Konfederasiyasının prezidenti Ziyaeddin İsmihanoğlu, Qazaxıstan "Azərbaycanlıları assosiasiyası" Respublika İctimai Birliyinin sədri Əbülfəz Xamedov, Özbəkistan Ahıska Milli Mərkəzinin başçısı Ömər Salman diaspor təşkilatları adından ürəkağrısı ilə bu kədərə şərik çıxdıqlarını bildirir, Azərbaycan ictimaiyyətinə başsağlığı verirlər.

Məqalə müəllifi ilə əlaqə ünvnanı: [email protected]

Xəbər lenti

Xəbər lenti