...

Azərbaycanın "Neftçi" klubundan qovulan gürcü futbolçu ilə dörd klub maraqlanır

Cəmiyyət Materials 29 Oktyabr 2008 11:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" futbol klubundan uzaqlaşdırılan gürcüstanlı yarımmüdafiəçi Georgi Adamiyanın bir neçə klubla müqavilə bağlamaq imkanı yaranıb. Bu barədə Trend -a futbolçuya yaxın mənbələr məlumat verib.

Dünən "Neftçi"dən ayrıldığı məlum olan Adamiya ilə "Qarabağ", "İnter", "Xəzər-Lənkəran" və "Bakı" klubları yaxından maraqlanır.

"Qarabağ" klubu "Neftçi"nin daha bir futbolçusu - Rəşad Sadiqovla da müqavilə bağlamağa yaxındır. Bu futbolçunun da qış fasiləsi dövründə "Neftçi"dən geləcəyi gözlənilir.

Dünən "Neftçi"dən üç aparıcı futbolçu - Rəşad Sadıqov, Georgi Adamiya və Aleksandr Çertoqanov ayrılıb. Azərbaycan Premyer-Liqasında son dərəcə uğursuz çıxış edən "Neftçi"dən daha bir neçə futbolçunun qovulacağı gözlənilir.

Komandanın baş məşqçisi almaniyalı Hans Yurgen Gededir

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti