...

Müslüm Maqomayev bizim üçün tarix və həyatdır - Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov

Cəmiyyət Materials 29 Oktyabr 2008 14:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr / Trend Life , müxbir Eldar Hüseynzadə /

Trend Life-ın müxbiri Azərbaycan Dövlət Flarmoniyasında SSRİ xalq artisti Müslüm Maqomayev ilə vida mərasimində Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vasili İstratov ilə rastlaşıb, səfir müxbirimizə bu sözləri bildirib: "Müslüm Maqomayev daha gənc insanlar üçün tarix, bizim üçün isə həyatdır. Bu, Azərbaycan və Rusiya üçün olduqca kədərli hadisədir. Müslüm Maqomayev uzun müddət Rusiyada yaşayıb, ona görə bu, bütün rusiyalılar üçün böyük itkidir".

Maqomayev oktyabrın 24-dən 25-nə keçən gecə ürək dayanmasından ömrünün 67-ci ilində vəfat edib. Son illər o, ürək çatışmazlığından əziyyət çəkib. Əfsanəvi müğənni oktyabrın 29-da Bakıda Fəxri Xiyabanda dəfn olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected] .

Xəbər lenti

Xəbər lenti