Azərbaycan, Bakı, 31 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Olimpik" klubu "Neftçi"dən kənarlaşdırılan futbolçulardan ikisi ilə müqavilə bağlaya bilər. Bu barədə Peşəkar Futbol Liqasının (PFL) saytına "Olimpik"in baş məşqçisi Əsgər Abdullayev məlumat verib.
"Neftçi"dən uzaqlaşdırılmış futbolçuların hamısı təcrübəli oyunçulardır. Mən onları yaxından tanıyıram. Çalışacağıq ki, onlardan hansınısa heyətimizə cəlb edək", Abdullayev deyib.
Bir neçə gün əvvəl "Neftçi"dən altı futbolçu - Rəşad Sadıqov, Georgi Adamiya, Aleksandr Çertoqanov, Levent Kartop, Rəşad Sadiqov və Elnur Allahverdiyev uzaqlaşdırılıb.
Abdullayev ad çəkməsə də, "Neftçi"nin keçmiş oyunçularından ikisi ilə müqavilə bağlamaq istədiklərini bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]