Azərbaycan, Bakı, 03 noyabr/ Trend , müxbir R.Ergün/ Futzal üzrə Azərbaycan yığma komandasının baş məşqçi vəzifəsinə bir neçə namizəd var. Bu barədə Trend -a bazar ertəsi Azərbaycan Futzal Federasiyasının (AFF) baş katibi Mahmud Sadıqov məlumat verib.
Hazırda yığma komandanın baş məşqçi vəzifəsi boşdur. Bir müddət əvvəl bu vəzifəni "Araz" futzal klubunun baş məşqçisi Böyükağa Hacıyevin tutacağı deyilirdi.
Sadıqov bildirib ki, bu məsələ iki həftəyə həllini tapacaq.
"Hazırda baş məşqçi vəzifəsinə 3-4 yerli və əcnəbi namizəd var. Yaxın günlərdə yeni baş məşqçinin kim olacağı dəqiqləşəcək. Amma yeni baş məşqçinin yerli mütəxəssislərdən birinin olacağı ehtimalı daha böyükür", - deyə Sadıqov əlavə edib.
AFF rəsmisinin dediyinə görə, gələn ilin yanvar ayında Bakıda Azərbaycanın əsas yığma komandasının və 21 yaşlılardan ibarət yığmanın iştirakı ilə beynəlxalq turnirin keçirilməsi nəzərdə tutulub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]