Rusiya, Moskva, 07 noyabr/ Trend , müxbir R.Ağayev/ Azərbaycanın TREND Beynəlxalq İnformasiya Agentliyi XI Avrasiya Teleforumu çərçivəsində, elektron KİV-in "Avrasiya İnternet -məkanda" xüsusi müsabiqəsinin qalibi olub.
TREND - in "İnformasiya tərəfdaşlığının uğurlu media-menecmentinə görə" diplomu ilə təltifi cümə günü Moskvada, Beynəlxalq Ticarət Mərkəzində baş tutub.
Diplomu təqdim edən RİA "Novosti"nin MDB və Baltika ölkələri redaksiyasının rəhbəri Alan Kasayev bildirib ki, 300 İnternet-resursdan ibarət münsiflər heyəti əvvəlcə 20 nominant seçib və onların ən yaxşılarına diplom təqdim etmək qərara alınıb. Seçim zamanı başlıca meyar peşəkarlıq, onların öz ölkələrində, həmçinin, İnternet-məkanda çəkiləri olub, - Kasayev bildirib.
XI Avrasiya Teleforumunun təşkilatçıları adından fəxri diplom, həmçinin, qiymətli hədiyyələr TREND-in beynəlxalq əməkdaşlıq üzrə direktoru Elçin Hüseynova təqdim edilib.
Trend İnformasiya Agentliyi Moskvada, Rusiyanın RİA "Novosti" Agentliyinin keçirdiyi beynəlxalq konfransda 2008 - ci il ərzində Avrasiya məkanının ən yaxşı, ən dinamik inkişaf edən agentliyi kimi təsdiq edilib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]