...

Azərbaycan yığma komandasının futbolçusu çıxış etdiyi klubdan uzaqlaşdırılıb

Cəmiyyət Materials 12 Noyabr 2008 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycan yığma komandasının üzvü olan Zeynal Zeynalov çıxış etdiyi "Muğan" klubundan uzaqlaşdırılıb. Bu barədə Trend -a kluba yaxın mənbələr məlumat verib.

Zeynalovun komandadan kənarlaşdırılmasının səbəbi onun Azərbaycan Premyer-Liqasının sonuncu turunda keçirilən "Bakılı" ilə oyunda hakim tərəfindən meydandan qovulması olub.

Zeynalovun 62-ci dəqiqədə meydandan qovulması "Müğan"ın "Bakılı" ilə oyunda məğlub olmasına təsir edib (2:3).

"Muğan"ın kapitanı olan Zeynalov bu ildən etibarən, Azərbaycan yığma komandasının oyunlarına dəvət alır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti