Azərbaycan, Bakı, 12 noyabr/ Trend , müxbir R.Ergün/ Yaxın zamanlarda Azərbaycan Həndbol Federasiyasında dəyişiklik gözlənilmir.
"Həndbol Federasiyasında hər şey qaydasındadır. Buna görə də, federasiyada hansısa dəyişiklik olaması gözlənilən deyil", - çərşənbə günü Pirallahı İdman Mərkəzinin açılış mərasimində jurnalistlərlə görüşündə gənclər və idman naziri Azad Rəhimov deyib.
Həndbol Federasiyasının prezidenti keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevdir.
Rəhimov bildirib ki, yeni idman mərkəzinin açılması çox mühim hadisədir.
"Çox istərdik ki, bu idman zalından dünya və Avropa çempionları çıxsın, Mərkəzin qapıları həmişə açıq olsun", - deyə Rəhimov əlavə edib.
İdman Mərkəzinin açlışında iştirak edən Azərbaycan Futbol Federasiyaları Asossiasiyasının (AFFA) vitse-prezidenti, Əzizbəyov rayonundan millət vəkili seçilmiş Rauf Əliyev çıxış edərək, minnətdarlığını bildirib.
"Pirallahıda yeni idman Mərkəzinin fəaliyyətə başlamasına görə gənclər və idman nazirinə təşəkkür edirik", - deyə Əliyev bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]