...

Baş məşqçi məni Azərbaycan yığmasına çağrmamaqda haqlıdır --"Neftçi" nin - futbolçusu

Cəmiyyət Materials 14 Noyabr 2008 17:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr/ Trend , müxbir R.Ergün/ "Neftçi" klubunun futbolçusu Rail Məlikov Albaniya ilə görüşdə Azərbaycan yığma komandasına çağırılmamasını normal qarşılayıb.

"Düzünü deyim ki, Albaniya ilə oyuna dəvət olunmadığımı sizdən eşidirəm. Buna görə baş məşqçidən incimirəm. Mən zədəli idim və özümü bu oyuna tam hazır hiss etmirəm",- cümə günü Trend - a Məlikov deyib.

Azərbaycanla Albaniya arasında yoldaşlıq oyunu noyabrın 19-da, Bakıda keçiriləcək.

Müdafiəçi mövqeyində çıxış edən futbolçu bildirib ki, baş məşqçi onu albanlarla görüşə dəvət etməməkdə haqlıdır.

"Baş məşqçi çağırsaydı, çıxıb oynayacaqdım. Amma zədədi olduğum üçün, komandaya çox xeyir verə bilməzdim. Hesab edirəm ki, baş məşqçi düzgün addım atıb", - deyə Məikov əlavə edib.

Məlikov bir müddət əvvəl yığma komandanın albanlarla görüşə hazırlıq məqsədi ilə Bakıda keçirdiyi təlim -məşq toplanışında iştirak edib.

Azərbaycan yığmasının baş məşqçisi almaniyalı Berti Foqtsdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti