...

ABŞ Azərbaycanda həbsdə olan jurnalistlərin azad edilməsinə ümid bəsləyir (video)

Cəmiyyət Materials 19 Noyabr 2008 19:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr/ Trend , müxbir R.Novruzov/ ABŞ Azərbaycanda həbsdə olan jurnalistlərin azad edilməsinə ümid bəsləyir.

"Demokratik cəmiyyətdə belə hal olmamalıdır. Jurnalistlər təqibdən qorxmamalıdırlar", - ABŞ Dövlət Katibinin demokratiya, söz və əmək azadlığı məsələləri üzrə köməkçisi Devid Kremer Azərbaycana səfərinin yekunları üzrə çərşənbə günü Bakıda jurnalistlərə bildirib.

"Azərbaycan prezidenti ilə görüş zamanı bu məsələni müzakirə etmişik. Mən onların işlərinə və əfv imkanlarına yenidən baxmağı təklif etdim və məndə belə təəssürat yarandı ki, ola bilsin, prezident təklifimi nəzərdən keçirəcək", - Kremer bildirib.

Azərbaycanda "Azadlıq" qəzetinin Baş redaktoru Qənimət Zahid (5 il müddətinə həbs edilib), həmin qəzetin əməkdaşı Mirzə Sakit (3 il), "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin Baş redaktoru Eynulla Fətullayev (8 il 6 ay) və "Bizim Yol" qəzetinin redaktoru Müşfiq Hüseynov (5 il) həbsdədir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti