Azərbaycan, Bakı, 20 noyabr/ Trend , müxbir N.Abdullayeva/ ABŞ -ın İslam Konfransı Təşkilatındakı (İKT) xüsusi nümayəndəsi Azərbaycanda dini dözümlülüklə bağlı vəziyyəti öyrənəcək.
Qafqaz Müsəlmanları İdarəsindən Trend -a verilən məlumata görə, ABŞ -ın İKT - dakı xüsusi nümayəndəsi Sada Kamber Azərbaycana cümə axşamı başlanan səfəri çərçivəsində, ölkədə dini azadlıq sahəsində vəziyyətlə tanış olmağı planlaşdırır.
Noyabrın 23 - dək davam edəcək səfər tanışlıq mahiyyəti daşıyır. Kamber səfər çərçivəsində cümə günü Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Azərbaycandakı dini icmaların rəhbərləri ilə görüşlər keçirəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]