...

Azərbaycanda idman gimnastikasını yüksək səviyyəyə qaldıra biləcək məşqçilər var – olimpiya çempionu (video)

Cəmiyyət Materials 21 Noyabr 2008 13:29 (UTC +04:00)

Bakı, Azərbaycan, 21 noyabr/ Trend , müxbir D.İbrahimova/ 1992-ci ildə Barselonada keçirilən Yay Olimpiya Oyunlarında MDB yığmasının tərkibində Azərbaycandan olan çempion Valeri Belenki hesab edir ki, Azərbaycanda idman gimnastikasını yüksək səviyyəyə qaldıra biləcək məşqçilər var.

"Mən Bakıda vaxtı ilə birgə çıxış etdiyim gimnastlar - Abbasov qardaşları və Teymur Zəkiyev ilə görüşdüm, bu insanlar Azərbaycanda gimnastikanı yüksək səviyyəyə qaldıra bilərlər", - deyə cümə günü keçirilən mətbuat konfransında Belenki bildirib.

Onun sözlərinə görə, layiqli idmançılar yetişdirmək üçün təqribən 12 il vaxt və əlverişli şərait lazımdır.

"Azərbaycana gimnastların məşq etməsi üçün böyük zal lazımdır", - deyə o bildirib.

Onun sözlərinə görə, 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarından sonra Azərbaycan Gimnastika Federasiyası ilə əməkdaşlıq etmək mümükün olacaq. Həmin vaxta qədər idmançının müqaviləsi var. "Lakin bununla belə mən heç nəyi istisna etmirəm ...Belə gərgin qrafik ilə başqa nəyəsə vaxt ayırmaq çox çətindir", - deyə Belenki bildirib.

Belenki 1992-ci ildə Azərbaycandan MDB yığmasının tərkibində Olimpiya çempionu olub. Elə həmin il o, indiyədək yaşadığı Almaniyada çıxış etmək və işləmək dəvəti alıb. Bu, onun son 16 il ərzində Azərbaycana ilk səfəridir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti