...

Azərbaycanın "Neftçi" klubunun futbolçusu yığma komandaya çağırılıb

Cəmiyyət Materials 24 Noyabr 2008 16:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 noyabr/ Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının almaniyalı baş məşqçisi Berti Foqts millinin təlim - məşq toplanışına daha bir futbolçunu dəvət edib. Bu barədə Trend - a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Mətbuat xidmətinin məlumatına görə, baş məşqçi dekabrın 1- 3-də Bakıda keçiriləcək təlim-məşq toplanışına "Neftçi" klubunun futbolçusu Emil Babayevi dəvət edib.

Fotqs noyabrın 19 - da Bakıda keçirilən Azərbaycan - Albaniya oyunundan sonra Almaniyaya gedib. AFFA -nın mətbuat xidmətindən verilən məlumata görə, baş məşqçi noyabrın 26 - da Bakıya qayıdacaq.

Azərbaycan - Albaniya oyunu 1:1 hesabı ilə başa çatıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti