Azərbaycan, Bakı, 25 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" futbol klubu Macarıstanın "Haladas" komandasının futbolçusunu baxışa dəvət edib. Bu barədə çərşənbə axşamı Trend -a "Neftçi" klubunun mətbuat xidməti məlumat verib.
Trend -un arayışı: Almaniyalı Hans Yurgen Gede "Neftçi"yə baş məşqçi təyin olunandan sonra 7 futbolçu - Rəşad Sadıqov, Georgi Adamiya, Aleksandr Çertoqanov, Rəşad Sadiqov, Elnur Allahverdiyev, Levent Kartop və Georgi Çelidze klubun əsas heyətdən kənarlaşdırılıb.
Mətbuat xidmətinin məlumatına görə, hücumçu mövqeyində oynayan Petar Andorkanın 24 yaşı var.
Macarıstanlı futbolçunun "Neftçi" ilə müqavilə bağlayıb-bağlamayacağı yaxın günlərdə məlum olacaq.
Hazırda "Neftçi"nin düşərgəsində Belarusun "Torpedo" klubundan gəlmiş Vladimir Şakov baxışdadır. Baş məşqçi onunla bağlı yekun qərarını hələ verməyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]