Azərbaycan, Bakı, 27 noyabr/ Trend , müxbir R.Ergün/ Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığma komandasının lideri Natalya Məmmədovanın çıxış etdiyi "Türk Telekom" klubu Türkiyə kubokunun 3-cü mərhələsinə vəsiqə qazanıb.
"Türk Telekom" Türkiyə kubokunun 2-ci mərhələsində "Yeşilyurt" komandasını 3:0 hesabı ilə məğlub edib.
Məmmədova komandanın heyətində ən yaxşı oyunçulardan olub. Türkiyə mətbuatı onun oyununu üç ulduzla qiymətləndirib.
"Türk Telekom"un üçüncü mərhlədəki rəqibi hələ müəyyənləşməyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]