Azərbaycan, Bakı, 28 noyabr / Trend , müxbir C. Babayeva/ Bakı Dövlət Universitetinin (BDU) tələbələrinə Rusiya mədəniyyəti və incəsənətilə daha yaxından tanış olmaq imkanı verilib.
Cümə günü BDU-da "Rusiya dünyası" fondunun təsis etdiyi ilk Rus mərkəzinin açılışı olub. "Mərkəzin açılmasında əsas məqsəd rus dili və ədəbiyyatının, ümumilikdə Rusiya mədəniyyətinin geniş yayılmasıdır", - universitetin rektoru Abel Məhərrəmov mərkəzin açılışında deyib.
Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratovun sözlərinə görə, mərkəz tələbələrin və universitet əməkdaşlarının marağını doğurmaqla yanaşı, həm də bütün bakılıların burada informasiya tələbatını ödəməyə imkan yaradacaq.
"Mərkəzlərin Bakıda və Azərbaycanın başqa şəhərlərində geniş yayılması nəzərdə tutulub", - səfir deyib.
"Müasir dünyada rus dilinə tələbat getdikcə artır və bu mərkəz təkcə "Rusiya dünyası" fondunun mərkəzi deyil, Bakı Dövlət Universitetinin Rusiya dünyası olacaq", - fondun icraçı direktoru Vyaçeslav Nikonov deyib.
Onun sözlərinə görə, Azərbaycan - Rusiya münasibətləri son aylar ciddi fəllaşmaqdadır. "Yüksək səviyyədə keçirilən görüşlər bizim ölkələr arasında daha yüksək səviyyədə qarşılıqlı əlaqələr yaratmağa və xalqlarımız arasındakı münasibətlərin Rusiya və Azərbaycan xalqları arasında həmişə mövcud olan böyük dostluğa layiq olmasına imkan verir", - Nikonov deyib.
""Rusiya dünyası" fondu bundan sonra da mərkəzin genişləndirilməsi və BDU-ya dəstək verilməsi öhdəliyini üzərinə göütürüb", - o əlavə edib.
Rusiya prezidentinin 21 iyun 2007-ci il fərmanı ilə yaradılan "Rusiya dünyası" fondu Rus mərkəzləri şəbəkəsinin yaradılması ilə bağlı layihələri realizə edir. Bu mərkəzlərin fəaliyyəti rus dilinin və rus mədəniyyətinin qorunmasına və yayılmasına yönəlib.
Belə mərkəzlər hələ açılmamış onların hər birinə min adda kitab daxil olur və onlar gələcəkdə metodiki iş prosesində ensiklopediyaların, məlumat kitabçalarının, rus dili lüğətlərinin, Rusiyanın bədii, maarif, təhsil, uşaq ədəbiyyatının, eyni zamanda multimedia buraxılışları kolleksiyasının - Rusiya kinemotoqrafiyasının, rus dili proqramını öyrədən audiokitabların, tədris-metodika vəsaitlərinin yer aldığı kitabxananı zənginləşdirmək imkanına malikdir.
"Rusiya dünyası" fondu mərkəz iştirakçılarının Rusiyanın mərkəzi nəşrlərinin elektron versiyalarına pulsuz çıxışını təmin edir.
Rus mərkəzinin iş planında - sərgilərin təşkili, seminarların, yaradıcı görüşlərin keçirilməsi və rus dili kurslarının təşkili də daxildir.
Hazırda Rus mərkəzləri Belçikada, Yaponiyada, ABŞ-da, Tacikistanda, Qırğızıstanda, Qazaxıstanda və Ermənistanda fəaliyyət göstərir.
Dünyada Rus mərkəzlərinin açılması ilə bağlı 50 razılaşma imzalanıb.
Müəlliflə əlaqə ünvanı: [email protected]