Azərbaycan, Bakı, 28 noyabr/ Trend , müxbir C.Babayeva/Azərbaycanlı tələbələr təhsillərini Çexiyanın ali məktəblərində davam etdirə bilərlər.
Tələbələrə bu imkan Azərbaycanda Çexiya və UNESCO - nun maliyyələşdirdiyi iki təqaüd proqramının elan edilməsi ilə yaradılıb, - Təhsil Nazirliyindən xəbər veriblər.
Təqaüd proqramlarında 2009 - 2010 - cu tədris ilində bakalavr və magistr dərəcəsi üzrə təhsilin alınması təklif edilir.
Müsabiqədə iştirak etmək istəyən şəxslər, dekabrın 31- dək ərizələrini UNESCO - nun Təqaüd Proqramları üzrə Şöbəsinə təqdim etməlidirlər ( [email protected]).
Xaricdə dörd min azərbaycanlı tələbə təhsil alır. Onlardan min nəfəri dövlətin hesabına oxuyur.
Azərbaycan gənclərinin xaricdə təhsil almaq istədikləri prioritet sahələr sənaye, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, tikinti, təhsil, tibb, mədəniyyət, hüquq, xidmətlər, dövlət idarəçiliyidir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]