...

Azərbaycanın "Qarabağ" klubu yanvarın 13-də Türkiyəyə gedəcək

Cəmiyyət Materials 1 Dekabr 2008 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qarabağ" futbol klubu yanvarın 13-də Türkiyəyə gedəcək. Bu barədə bazar ertəsi Trend -a "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.

İbrahimov bildirib ki, komanda yanvarın 4-də Bakıda toplaşaraq bir həftəlik təlim-məşq toplanışına başlayacaq. Yanvarın 13-də isə 3 həftəlik təlm-məşq toplanışı keçmək məqsədiylə Türkiyəyə yollanacaq. "Qarabağ" Türkiyədə olduğu müddətdə Bələk qəsəbəsindəki "İs Santai" otelində məskunlaşacaq.

"Qarabağ" bu ilin yanvar ayında da Türkiyə toplanışı zamanı "İs Santai" otelində təlim-məşq toplaşını keçmişdi.

"Qarabağ" Azərbaycan Premyer-Liqasının birinci dövrəsini 24 xalla 7-ci pillədə başa vurub.

İbrahimov komanda üzvlərinin dekabrın 4-də məzuniyyətə buraxılacağını bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti