...

AFFA-nın baş katibi UEFA-nın konfransında iştirak etmək üçün Türkiyəyə gedib

Cəmiyyət Materials 2 Dekabr 2008 11:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov Türkiyəyə gedib. Bu barədə çərşənbə axşamı Trend -a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamenti məlumat verib.

Məlumatda bildirilir ki, Məmmədov bu gün və sabah UEFA-nın təşkilatçılığı ilə "Yüksək İcraetmə Proqramı" mövzusunda keçiriləcək konfransda iştirak edəcək.

Konfrans Türkiyənin İstanbul şəhərində keçirilir.

Məmmədov 2007-ci ilin iyun ayından AFFA-nın baş katibidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti