...

Azərbaycanın "Bakı" futbol klubu makedoniyalı futbolçusu ilə yollarını ayırıb

Cəmiyyət Materials 4 Dekabr 2008 11:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Bakı" futbol klubu bir futbolçusu ilə yollarını ayırıb. Bu barədə cümə axşamı Trend -a "Bakı" klubunun məbuat xidmətindən məlumat verilib.

Mətbuat xidmətinin məlumatına görə, komandanın makedoniyalı futbolçusu Georgi Xristov ilə müqavilə pozulub.

Xristov bu ilin avqustunda "Bakı" ilə müqavilə imzalamışdı.

Mətbuat xidmətindən bildiriblər ki, futbolçu ilə uzun sürən danışıqlardan sonra hər iki tərəf müqaviləni pozmağa razılıq verib. Xristov artıq Makedoniyaya yollanıb.

Xristov əvvəllər İngiltərə klublarında çıxış edib. O, uzun müddət Makedoniya yığma komandasının heyətində meydana çıxıb.

"Bakı"nın baş məşqçisi makedoniyalı Qyoko Hacievskidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti