...

Futbol üzrə Azərbaycan Premyer-Liqasının oyunlarını idarə edən hakimlərə ədalətli qiymətlər verilir – HİK-in sədri

Cəmiyyət Materials 5 Dekabr 2008 14:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyanın (AFFA) Hakim-İnspektorlar Komitəsinin (HİK) sədri Gülağa Cabbarov hesab edir ki, ötən illərlə müqayisədə bu mövsüm hakimlərin işinə daha ədalətli qiymətlər verilir.

"Ötən illərdə futbol üzrə Azərbaycan Premyer-Liqasının oyunlarını idarə edən hakimlərə hakim-inspektorlar 8,5, 9 bal qiymət verirdi. Amma bu ədalətli qiymət deyildi. Bu mövsümün birinci dövrəsində ən yüksək bal 8,3 olub. Cəmi bir dəfə hakimə 8,3 bal qiymət verilib", - cümə günü Cabbarov keçirdiyi mətbuat konfransında bildirib.

Cabbarov deyib ki, hakim-inspektorların səviyyəsi artıb.

"Ola bilər ki, istəyimizə tam şəkildə nail ola bilməmişik. Hələ bu sahədə obyektivlik tam təmin olunmayıb. Amma hakim-inspektorlar çox inkişaf edib", - o deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti