...

AFFA - nın vitse - prezidenti FİFA və UEFA-nın tədbirində iştirak edib

Cəmiyyət Materials 10 Dekabr 2008 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) birinci vitse - prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev Avropa Şurasının Strasburqdakı mənzil- qərargahında FİFA və UEFA -nın təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edib. Bu barədə Trend - a AFFA - nın mətbuat xidməti məlumat verib.

Tədbir 2008 - ci ildə Avstriya və İsveçrədə keçirilmiş Avropa və 2010 - cu ildə Cənubi Afrika Respublikasında təşkil olunacaq Dünya Çempionatlarında təhlükəsizlik tədbirlərinə və irqçiliyə qarşı mübarizəyə həsr olunub.

Əliyev AFFA İcraiyyə Komitəsinin üzvüdür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti