...

Azərbaycanın veteran futbolçularının yeniyetmələr üçün açıq dərsi olub

Cəmiyyət Materials 11 Dekabr 2008 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın veteran futbolçuları 1995 -1996 - cı il təvəllüdlü yeniyetmə futbolçular üçün açıq dərs keçiblər.

Trend AzərTAc - a istinadən xəbər verir ki, bu gün Olimpiya Ehtiyatları İdman Tədris Məktəbində keçirilən açıq dərs Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Bakı Şəhər Gənclər və İdman Baş İdərəsinin təşkilatçılığı ilə təşkil olunub.

Tədbir "2005 - 2015 - ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın tərkib hissəsidir. Məqsəd yeniyetmə futbolçular arasında istedadları aşakara çıxarmaqdır.

Açıq dərsdə veteran futbolçular - İsgəndər Cavadov, Maşallah Əhmədov və Mübariz Zeynalov iştirak ediblər.

Belə tədbirlərin regionlarda da keçirilməsi nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti