...

Qəddarlıq mənə yaddır -"Böyük Yalan" filminin baş qəhrəmanı

Cəmiyyət Materials 17 Dekabr 2008 19:52 (UTC +04:00)
Qəddarlıq mənə yaddır -"Böyük Yalan" filminin baş qəhrəmanı

Azərbaycan, Bakı, 17 dekabr / , müxbir Ş.Cavadsoy/ Bu həftənin sonunadək akıda səfərdə olacaq türk seriallarının tanınmış ismi Hulya Darcanın Trend Life-a müsahibəsi

Çəkildiyi sonuncu "Böyük yalan" filminin Azərbaycanda yayımından sonra Hülya xanım artıq burada, bizim aktyorlarla birlikdə bir səhnəni bölüşür. Onun çəkildiyi tammetrajlı "Alın yazısı" filmi aktyor - rejissor Sərxan Kərəmoğlunun ideyası əsasında həllini tapır. Onunla eyni filmdə "Yapraq tökümü" serialının qəhrəmanı Halil Ergün, azərbaycanlı aktirsa Məlahət Abbasova, Yaşar Nuri, Amaliya Pənahova və başqaları da çəkilirlər.

- Həyat yoldaşım Tanyo Korəl 15 il əvvəl Bakıda səfərdə olub. Ondan ölkəniz haqqında xəbər alanda "çox kiçik və şirindir" kəlmələrini eşitmişdim. Bu zaman kəsiyində kiçik şəhərin böyük və iddialı olduğunu gördüm....

- Azərbaycanda filmə çəkilmək üçün aldığınız ilk təklifi necə dəyərləndirdiniz?

- Əslində, mənim saqqızımı oğurlmaq heç də asan məsələ deyil. Amma Sərxan bunu bir neçə cəhddən sonra bacardı. Bu gün gözümü açıb özümü Azərbaycanın hava limanında gördüm. Hətta mənimlə birgə yol yoldaşı olan aktirsa Məlahət Abbasovaya "biz nə vaxt gəlib çatmışıq? " dedim.

- Azərbaycanla Türkiyənin istehsalı olan filmlərin maliyyə büdcəsində böyük fərq var. Yəqin ki, bu filmdən alacağınız qonarar əvvəlki qazanclarınızla üst-üstə düşməyəcək?

- Bu, həqiqətən də belədir. Məndə olan məlumata görə, film Azərbaycanda bahalı hesab olunur. Amma türk fimləri ilə müqayisədə ucuzdur. Buna baxmayaraq, mən maliyyə məsələsini özümə dərd etmədim. Çünki burda ən vacib məsələ iki ölkənin münasibətləridir. Sərxanın mənə dediyinə görə, Türkiyədə aldığım qonorardan bir qədər az veriləcək.

- Belə bir qərar verməyinizdə Türkiyədə yaşanan ekonomik kriz səbəb ola bilərmi?

- Belə deməzdim. Düzdür ki, kriz 15 serialın çəkilişlərinin dayandırılmasına səbəb oldu. Onlarla böyük layihələr başlamadan dayandırıldı. Amma buna baxmayaraq, yaxşı filmlər istehsalata buraxılır. "Böyük yalan"dan sonra bir çox yaradıcı təkliflərim olub. Onların hamısı ilə razılaşsaydım, gün ərzində yarım saat boş vaxt tapmazdım.

- Türk ziyalılarının bu günlərdə ermənilərdən üzr istəməsi məsələsinə necə yanaşırsınız?

- Mən politikaya yaxın adam deyiləm və bu sahədə geniş danışmağı sevmirəm. Mənim bir amalım var: insan doğulur və bir gün ölür. Bütün millətlər birləşməli və sülh tərəfdarı olmalıdırlar. 5 günlük dünyada çəkişmələr insanlara yaxşı heç nə vermir.

- Çəkildiyiniz bəzi filmlərdə qəddar ana obrazınızla tamaşaçıda fikir formalaşdırmısınız. Bəziləri düşünür ki, Hülya xanım həyatda da belə ola bilər.

- Qəddarlıq mənə yaddır. Amma deyərdim ki, "Böyük yalan"da Rüqzanın güclü qadın obrazı mənim xasiyyətimlə eynilik təşkil edir. Həyat yoldaşımı itirəndə söz verdim ki, uşaqlarımın xatirinə göz yaşı tökməyəcəm. Hamı bilir ki, Tanjonu çox sevirdim. Sözümü bir il tuta bildim. Sonradan göz yaşlarımı saxlaya bilmədim. Amma gizlində ağlayırdım. Amma Rüqzandan fərqli olaraq, uşaqlarıma qarşı heç vaxt qəddar olmamışam.

- Həmin filmdə tərəf müqabiliniz olan müğənni Əmrah sizi özünə mənəvi ana adlandırmışdı. İndi eyni addan Sərxan Kərəmoğlu faydalanır.

- Əmrah çox diqqətli və sadə insandır. Filmdən sonra məni unutmadı. İki gün əvvəl onunla görüşümüz olub. Bayramlarda məni yadına salır. Amma mənəvi analığımı Sərxanla da paylaşmağım inciklik yaratmayacaq. Buna əminəm.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti