...

Gələcəkdə Kanada parlamentində azərbaycanlı deputat təmsil oluna bilər

Cəmiyyət Materials 18 Dekabr 2008 14:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr/ Tren müxbir C.Babayeva/ Gələcəkdə Kanada parlamentində azərbaycanlı deputat təmsil oluna bilər.

"Kanadanın azərbaycanlılar icması ölkə parlamentinə seçkilərdə azərbaycanlının namizədliyini irəli sürmək üçün birləşiblər", - deyə cümə axşamı jurnalistlərə Koordinasiya Şurası iclasının iştirakçısı, Kanadanın "Yeni demokratlar" Partiyasının üzvü Aslan Xalidi bildirib.

Xalidi partiyanın Kanadanın Orta Şərqi üzrə politoloq-ekspertidir.

Onun sözlərinə görə, partiyada daha çox azərbaycanlının təmsil olunması üçün bütün səylərini tətbiq edir. "Partiyada azərbaycanlıların sayı artdğığndan, bəzi üzv ermənilər "Yeni demokratlar"ın sıralarını tərk ediblər", - deyə Xalidi qeyd edib.

Kanada parlamentinə seçkilər üç ay əvvəl keçirilib. Növbəti seçkilər 2012 - ci ilə təyin edilib.

Xalidi əlavə edib ki, həmin il Kanada parlamentinə azərbaycanlının namizədliyinin irəli sürüləcəyi gözlənilir.

Bu gün Bakıda Dünya Azərbaycanlıları Koordinasiya Şurasının "Azərbaycan - Şərqə qapı" mövzusunda iclası keçirilir. İclas hər il dekabrın 31- də qeyd olunan Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunub.

Koordinasiya Şurası 2001- ci il noyabrın 9 -10 - da Dünya Azərbaycanlılarının I Qurultayında yaradılıb. Şuranın 109 üzvündən 45 nəfəri xaricdə yaşayır.

İclas da Dünya Azərbaycanlılarının II Qrultayından ötən dövr ərzində fəaliyyətə yekun vurulacaq və gələcək məqsəd və vəzifələr dəqiqləşdiriləcək.

Məqalə müəllifıit ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti