...

Futbol üzrə Azərbaycan yığmasının kapitanının hansı klubda oynayacağı bu həftə məlum olacaq

Cəmiyyət Materials 22 Dekabr 2008 11:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr/ Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının kapitanı Rəşad Sadıqovun karyerasını hansı klubda davam etdirəcəyi bu həftə məlum olacaq. Bu barədə Trend -a futbolçunun özü məlumat verib.

Sadıqov bu ilin dekabr ayının 14-də İspaniyanın "Valyadolid" klubuna baxışa gedib. "Valyadolid"in ikinci komandasının heyətində məşq edən futbolçu Bakıya iki gün əvvəl qayıdıb.

Sadıqov bildirib ki, o, Azərbaycan Premyer-Liqasında çıxış edən klublarla müqavilə bağlamaq istəmir.

"Karyeramı hansı komandada davam etdirəcəyimə yaxın günlərdə aydınlıq gələcək. Amma qəti qərarımdır ki, Azərbaycan klublarında çıxış etmək istəmirəm", - deyə milli komandanın kapitanı əlavə edib.

Sadıqova Türkiyənin "Boluspor", Yunanıstanın OFİ klublarından da təklif gəlib.

Müdafiəçi mövqeyində çıxış edən futbolçu müqavilə ilə Bakının "Neftçi" klubuna məxsusdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti