...

Mini futbol üzrə "Aznet" Kubokunun qalibi "Azercell" oldu (video)

Cəmiyyət Materials 22 Dekabr 2008 15:11 (UTC +04:00)
Mini futbol üzrə "Aznet" Kubokunun qalibi "Azercell" oldu (video)

Azərbaycan, Bakı, 22 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın İnternet portalları arasında keçirilən mini futbol üzrə "Aznet" Kubokunun qalibi "Azercell" komandası oldu.

İlk turlarından maraqlı mübarizə şəraitində keçən turnirin final oyunu daha gərgin oldu. Bu baxımdan, finalda görüşən hər iki komandanın - "Azercell" və Trend in azarkeşlərinin dəstəyi xüsusi qeyd olunmalıdır.

"Olimpik Star" İdman Kompleksində keçirilən oyunda ilk qolu "Azercell" komandasının üzvü vursa da, Trend in cavab qolu özünü çox gözlətmədi. Bir az sonra turnirin təşkilatçısı olan Trend daha bir qol vuraraq, azarkeşlərini sevindirdi. Amma çoxları "Azercell"in "Aznet" Kubokunun qalibi ola bilməyəcəyini düşündüyü məqamda, komanda bərabərlik qolunu vura bildi. Görüşün taleyini isə, penalti zərbələri həll etdi. Penalti zərbələrini daha dəqiq yerinə yetirən (6:5) "Azercell" turnirin qalibi oldu.

Oyundan sonra qalib komandanın üzvlərinə kubok verildi.

"Aznet" Kubokunun oyunları "Rest" restoranın sponsorluğu ilə keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti