...

Azərbaycanın futbol hakimləri FİFA dərəcəsi alıb

Cəmiyyət Materials 25 Dekabr 2008 11:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 dеkаbr/ Trend News, müxbir R.Ergün/ 2009-cu ildə beynəlxalq oyunlara təyinat alacaq azərbaycanlı futbol hakimlərinin adları müəyyənləşib. Bu barədə cümə axşamı Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Vüsal Əliyev, Babək Quliyev və Fariz Yusifov yenidən FİFA referisi adı alıb. Aydın Ələkbərov, İlham Əliyev, Ramiz Əsədov, Mehman Mahmudov, Orxan Məmmədov və Elman Əliyev isə FİFA referilərinin köməkçisi olacaq.

Elçin Məmmədov, Anar Niyazov və Elçin Səmədli futzal, Əfqan Həmzəyev çimərlik, Venera Muradova qadın futbolu üzrə FİFA dərəcəsi alıb. Ülviyyə Mustafayeva və Maya Nəbiyeva isə qadın FİFA referisinin köməkçisi olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti