...

Azərbaycan Teleradio Şurası üç xarici radiostansiyanın yayımını dayandırdı

Cəmiyyət Materials 30 Dekabr 2008 14:40 (UTC +04:00)
Azərbaycan Teleradio Şurası üç xarici radiostansiyanın yayımını dayandırdı

Azərbaycan, Bakı, 30 dekabr / Trend , müxbir A.Hüseynbala/ Azərbaycan Milli Televiziya və Radio Şurasının bu gün keçirilən iclasında xarici radiostansiyaların ölkənin milli tezliyində yayımının uzadılmasını məqsədəuyğun hesab etməyən qərar çıxarıb, çərşənbə axşamı Şuranın sədri Nuşirəvan Məhərrəmli keçirdiyi mətbuat konfransında bildirib.

Trend - un arayışı: Azərbaycan Milli Teleradio Şurasının rəhbəri Nuşirəvan Məhərrəmli noyabrın əvvəlində jurnalistlərə bildirib ki, 2008-ci ilin sonunadək "Bi-Bi-Si", "Azadlıq" və "Amerikanın Səsi" radiostansiyalarının Azərbaycan ərazisində birbaşa efirdə yayımlanması dayandırılacaq.

"Cari ilin sonunda bütün xarici radiostansiyalar Azərbaycanda yayımlandıqları tezliklərdən məhrum olacaqlar", - Məhərrəmli əvvəl bildirib. Onun sözlərinə görə, xarici radiostansiyalar peyk, İnternet və kabel şəbəkəsi vasitəsilə yayımlana bilər.

Azərbaycanın Milli Tele-Radio Şurasının xarici radiostansiyaların ölkə ərazisində yayımının dayandırılması barədə təşəbbüsü tamamilə qanunidir, - Azərbaycan Prezidenti İcra Aparatının ictimai - siyasi şöbəsinin rəhbəri Əli Həsənov cümə axşamı jurnalistlərə bildirib.

ABŞ Dövlət Departamenti ATƏT-in Bakı ofisi və digər beynəlxalq təşkilatlar Azərbaycanda xarici radiostansiyaların bağlanması ilə bağlı qərardan narahatlıqlarını bildiriblər.

Məhərrəmlinin sözlərinə görə, 2009-cu il yanvarın 1-dən bu radiostansiyalarının Azərbaycan ərazisində yayımı dayandırılacaq.

Xəbər lenti

Xəbər lenti