...

Azərbaycanın cənubunda boşanma üçün müraciət edən kişilərin sayı artıb

Cəmiyyət Materials 17 Yanvar 2009 12:23 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 17 yanvar / Trend , müxbir P.Əliyeva/ Azərbaycanın cənubunda yerləşən Lənkəran rayonunda (paytaxt Bakıdan 270 kim məsafədə) boşanma üçün müraciət edən kişilərin sayı artıb.

Lənkəran rayon məhkəməsindən şənbə günü Trend -a verilən məlumata görə,bir neçə il bundan əvvəl boşanmaq üçün müraciət edənlərin əksəriyyəti qadınlar idisə, 2008-ci ildə demək olar ki, onların sayı kişilərin sayı ilə bərabərlik təşkil edib.

Məhkəmədən verilən məlumata görə, qadınlar həyat yoldaşlarının narkoman, sərxoş, işsiz olduğunu əsas gətirirlərsə, kişilər həyat yoldaşlarının valideynlərinin təsirinə düşməsini, güzəştə getməməsini, uşaqlarına baxa bilməməsini, müstəqilliyə meyl etməsini səbəb göstərirlər.

Lənkəran rayon məhkəməsinə 2008-ci ildə boşanma ilə bağlı 184 iddia verilib və onlardan 113-ü təmin olunub. 2007-ci ildə 141 boşanma qeydə alınmışdı.

Nikaha girmə faktı ötən il 1763, 2007-də 1821 olub.

Rayon məhkəməsində 2008-ci ildə atalığın tanınması ilə bağlı 8, övladlığa götürmə ilə bağlı isə 4 müraciətə baxılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti