...

Azərbaycan məhkəməsi qəzetə Qafqaz Müsəlmanları Ruhani İdarəsi barəsində məqalələr yazmağa qadağa qoyub

Cəmiyyət Materials 23 Yanvar 2009 11:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar / Trend , müxbir K.Zərbalıyeva/ Bakı şəhəri Yasamal rayon məhkəməsi "Gündəlik Bakı" qəzetinə Qafqaz Müsəlmanları Ruhani İdarəsi və onun sədri barəsində istənilən xarakterli məlumatlar və məqalələr yazmasına qadağa qoyub.

İdarənin nümayəndəsi, vəkil Muxtar Mustafayev Trend -a bildirib ki, məhkəmə yanvarın 21-də QMİ tərəfindən irəli sürülmüş iddia ərizəi əsasında belə bir qərardad qəbul edib.

İddia ərizəsində QMİ ilə bağlı həmin qəzetdə dərc olunmuş həqiqətəuyğun olmayan məlumatların təkzib olunması və bu tələb üzrə qərar çıxarılanadək "Gündəlik Bakı" qəzetində idarə ilə bağlı məlumatların və məqalələrin dərc olunmasının qadağan edilməsi barədə xüsusi qərardad çıxarılması xahiş olunub.

İddiaçı hesab edir ki, həmin məqalələrin dərc olunması Cinayət Məcəlləsinin 283-cü maddəsində nəzərdə tutulan milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına səbəb ola bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti