...

Bu gün qılıncoynatma üzrə Bakı birinciliyi başlayacaq

Cəmiyyət Materials 26 Yanvar 2009 11:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 yanvar/ Trend , müxbir R.Ergün/ Bu gün saat 14.00-da qılıncoynatma üzrə yeniyetmələr arasında Bakı birinciliyinə start veriləcək. Bu barədə Trend -a Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) baş katibi Ramin Məmmədov məlumat verib.

Qılıncoynatma üzrə Bakı birinciliyində 70-ə yaxın yeniyetmə mübarizə aparacaq.

Birinciliyin ilk günündə sablya, yanvarın 27-də şpaqa, 28-də isə rapira silahları üzrə yarışlar keçiriləcək.

Yarışlar AQF-nin mərkəzi zalında keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti