...

Almaniyanın "Köln" futbol klubu Azərbaycan yığmasının qapıçısını transfer edə bilər

Cəmiyyət Materials 28 Yanvar 2009 13:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar/ Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının qapıçısı Kamran Ağayev Almaniyanın "Köln" klubuna keçə bilər. Bu barədə Almaniya mətbuatı məlumat verib.

Almaniya mətbuatının məlumatına görə, Ağayevi Almaniya Bundesliqasında çıxış edən "Köln" klubuna Azərbaycan yığma komandasının almaniyalı baş məşqçisi Berti Foqts məsləhət görüb.

Foqts "Köln" rəhbərliyinə azərbaycanlı qapıçının dünya səviyyəli futbolçu olduğunu bildirib.

Ağayevin "Xəzər-Lənkəran" klubu ilə 2009-cu ilin sonunadək müqaviləsi var. Gənc futbolçu hazırda yığma komandanın əsas qapıçısı sayılır.

"Köln" komandasının baş məşqçisi Türkiyənin "Fənərbaxça" komandasındakı fəaliyyəti ilə məşhurlaşan Kristof Daumdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti