...

Azərbaycanlı dirijor Türkiyəni fəth edir

Cəmiyyət Materials 30 Yanvar 2009 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar /Trend Life, müxbir Eldar Hüseynzadə/

Azərbaycanın əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov, bu gün Bursada iki həftə əvvəl tərəfindən başlanan Türkiyədəki konsertlər seriyasını davam etdirəcək. Trend Life-ın məlumatına görə, o, şəhərin Mədəniyyət Mərkəzində yerli simfonik orkestrlə birlikdə konsert verəcək. Musiqi axşamının proqramında Anton Dvorjakın "Yeni dünyadan" 5-ci simfoniyası, Oyeuqn D Albertin violonçel üçün orkestlə konserti, eləcə də türk bəstəkar Ufuq Aşuroğlunun simfonik orkestr üçün əsərləri vardır.

İki həftə əvvəl, yanvarın 16-da Kərimov Antalyada konsert verib və daha birini növbəti həftəyə planlaşdırıb. Kərimov 14 il Türkiyədə müxtəlif orkestrlərlə işləyib və yalnız beş il əvvəl Azərbaycana qayıdıb. Hazırda o, Azərbaycan Dövlət Filarmoniyasında çalışır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti