...

Almaniyalı baş məşqçi Azərbaycan – Özbəkistan oyunundan razı qalmayıb

Cəmiyyət Materials 2 Fevral 2009 10:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 fevral / Trend , müxbir R.Ergün/ Almaniyalı baş məşqçi Berti Foqts Özbəkistanla yoxlama oyununda heç-heçə edən Azərbaycan yığmasının futbolçularından razı qalmayıb.

"Futbolçuların fiziki hazırlıqsızlığı özünü göstərdi. Buna görə də futbolçularımız tam gücləri ilə oynasalar da, qələbə qazana bilmədik", - Özbəkistanla yoxlama oyunundan sonra Foqts deyib.

Azərbaycanla Özbəkistan arasında yoxlama görüşü Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilib. Fevralın 1-də keçirilən oyun 1:1 hesabı ilə başa çatıb.

Azərbaycan komandasının qolunu on bir metrlik cərimə zərbəsindən Fabio Luis Ramim vurub.

Foqts Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinə 2008-ci ilin aprel ayında təyin olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti